Cümə axşamı, 09 May

Bakıda tikilən yerüstü metro stansiyası ilə bağlı AÇIQLAMA

image

Bakıda inşa edilən yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq.

Xəbər verilir ki, bunu açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xudmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metronun Bənövşəyi xətti üzrə xidmət edəcək “Xocahəsən” elektrik deposu ilə yanaşı ərazidə yerüstü metro stansiyanun tikintisi davam edir: “Elektrik deposunda hazırda Bənövşəyi xətt üzrə artıq istismarda olan 3 stansiya üzrə hərəkət edən qatarların təmirinə, xidmət və qulluq üçün lazım olan infrastruktur və qurğuların quraşdırılmasına başlanıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

İkinci istiqamət isə depo ərazisində yerüstü metro stansiyasının da tikintiasi davam edir. Hazırda yerüstü stansiyanın keçidləri və platformasında inşaat normalarına uyğun olaraq işlər aparılır. Bundan əlavə, stansiyanın Xocahəsən deposundan “Avtovağzal” stansiyası tunellərinə qədər olan yol infrastrukturu qurulur. Yerüstü metro stansiyasında 7 vaqonluq platforma olacaq. Yerüstü metro stansiyası və deponun gələn ilin sonunda istifadəyə veriləcəyi gözlənilir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32