Şənbə, 11 May

Ərdoğanın Azərbaycana göndərdiyi yeni səfir kimdir? - Dosye

image

Xəbər verdiyimiz kimi, Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahid Bağcı Azərbaycana yeni səfir təyin olunub.

O, bu postda səlahiyyət müddəti başa çatan Ərkan Özoralı əvəz edib.

Yeni səfirin həyatı və karyerası haqda məlumatları təqdim edirik:

Cahid Bağcı 1964-cü il iyunun 25-də Çorumda anadan olub.

Akademik Bağcı ixtisasca sosioloqdur. Türkiyənin Yaxın Şərq Texniki Universitetinin Sosiologiya fakültəsinin məzunudur. Həmin universitetdə magistratura, İngiltərənin Mançester Universitetində doktoranturanı bitirib.

1988-1993-cü illərdə Sosial Planlaşdırma Nazirliyində işləyib. 1993-cü ildə Van Universitetində tədqiqatçı olub. Mançester Universitetində Türk Tələbələri Dərnəyini qurub.

Van Universitetinin Sosiologiya fakültəsində dosent və kafedra müdiri vəzifələrində işləyib. Eyni zamanda, Sosial Planlaşdırma Nazirliyinin nəzdnindəki Avropa Birliyi Təhsil və Gənclik Proqramları Mərkəzinin koordinatoru və məsləhətçisi olub.

Bir müddət hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi postunu tutan Cahid Bağcı 2016-cı ildə Maarif Vəqfinin idarə heyətinin üzvlüyünə seçilib.

Türkiyə Böyük Millət Məclisinin XXIII., XXIV və XXV çağırış millət vəkili olub.

Türkiyə-Avropa Birliyi Birgə Parlament Komitəsinin üzvüdür.

Cahid Bağcı ingilis, alman və ərəb dillərini bilir.

Evlidir və üç övladı var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25