Çərşənbə, 03 İyul

Zelenskinin müşavirinə sui-qəsd edilən yerdə 20 giliz tapılıb

image

Ukrayna polisi ölkə prezidentinin birinci müşaviri Sergey Şefirin avtomobilinin atəşə tutulduğu ərazidə gilizlər aşkar edib.

Xəbər verilir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyinin departament rəhbəri Artem Şevçenko deyib.

Onun sözlərinə görə, atəşin açıldığı yer dəqiq müəyyən edilib: "Bu, maşını uzaqdan görməyə, hərəkət edən hədəfi təyin etməyə, hazırlaşmağa, yaxınlaşan maşına atəş açmağa imkan verib".

Şevçenkonun dediyinə görə, atıcının olduğu yerdə iyirmi güllə gilizi tapılıb: "Daxili İşlər Nazirliyinin ekspert xidmətinə görə, bu cür patronlara nadir hallarda rast gəlinir. Gilizlər Macarıstan istehsalıdır, patron isə Almaniyada yenidən yığılmış ola bilər. Köhnə macar patronlarını alıb, barıtını dəyişdiriblər, yenidən güllələr qoyublar. Ancaq cinayətkarın seçdiyi döyüş sursatının sadə və olduqca ucuz olduğu göz qabağındadır. Snayper atəşi olmasa da, bu, əsil sui-qəsd cəhd idi".

Dünən Kiyev yaxınlığında Şefirin avtomobili atəşə tutulub. O, xəsarət almayıb, amma sürücü ağır yaralanaraq, xəstəxanaya yerləşdirilib. Maşına 18 atəş açılıb. Ukraynanın baş prokuroru İrina Venediktova hadisə ilə bağlı bağlı cinayət işinin açıldığını bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44