Cümə axşamı, 09 May

“Onu heç kim qəlbimdən söküb çıxara bilməz” - Mahir Emreli

image

Azərbaycan millisinin və Polşanın “Legia” klubunun futbolçusu Mahir Emreli “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun onun karyerasındakı rolundan danışıb.

Məlumata görə, İctimai TV-yə açıqlama verən 24 yaşlı hücumçu bildirib ki, Qurban Qurbanov ona təkcə futbolu yox, eyni zamanda həyatı da öyrədib:

“Bu gün mən buradayamsa, bu, ilk öncə Qurban Qurbanovun əziyyətidir. Çox səhvlər etmişik, bəzən göz yumub, bəzən də cəzalandırıb, amma hər zaman sevgisini, dəstəyini göstərib. Bizə nə üçün məşq etdiyimizi dərk etdirib. Bəzən fikirləşirəm ki, məm “Bakı”dan sonra “Qarabağ”a gəlməsəydim, necə olardı? Mən əvvəlki Mahiri tanıyıram. Qurban Qurbanov mənə böyük qardaş, dayı, əmi, ata, bir sözlə, ailə oldu. Bu gün şükür edirəm ki, onun əlinin altından keçmişəm. Bundan sonra da nələrə nail olsam, bu, onun sayəsində olacaq.

“Qarabağ”, Qurban müəllim mənə təkcə futbolu öyrətmədi. “Qarabağ”a gələndə xasiyyətim fərqliydi, uşaq idim, Qurban müəllim mənə böyüməyi öyrətdi. Mənə təkcə futbolu yox, həyatı öyrətdi. Qurban Qurbanovun yeri həmişə qəlbimdədir və onu heç kim qəlbimdən söküb çıxara bilməz. O, mənim həmişə Mahir olmağımı istəyib. Qurban Qurbanov tək məni yox, bir neçəsini Azərbaycan futboluna qazandırıb”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32