Çərşənbə, 03 İyul

İraqdan gətirilən uşaqlar Bakıda reabilitasiyaya cəlb olundu

image

İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Məlumatda qeyd edilib ki, Azərbaycandan Bağdad şəhərinə ezam edilən işçi qrupu orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsini həyata keçirilib, onlara zəruri yardım

Ölkəmizə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial isçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.

Sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edilikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Sonrakı mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək, yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.

Azərbaycan Hökuməti tərəfindən bu vaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da Sosial Xidmətlər Agentliyi ehtiyaclarına uyğun sosial-psixoloji reabilitasiya proqramı tərtib edilməklə sosial işlər aparıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər. Hazırda da onlarla sosial işlər davam etdirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37