Çərşənbə, 03 İyul

Ukrayna enerji böhranı ilə üz-üzədir - Rusiyadan elektrik enerjisi idxalını dayandırır

image

Ukrayna artıq noyabrın 1-dən Rusiya və Belarusdan elektrik enerjisi idxal etməyəcək. Belə qərar Ukraynanın bir sıra İES-da demək olar, kömür qalmadığı bir şəraitdə qəbul olunub.

Bu barədə Ali Radanın xalq deputatı, parlamentin energetika komitəsinin sədri Andrey Gerus xəbər verib.

Onun sözlərinə görə, Belarusda elektrik satışı üzrə auksion ümumiyyətlə keçirilməyib. Rusiyada isə oktyabrın 20-də İnter RAO şirkəti belə satış elan etsə də, növbəti gün, oktyabrın 21-də elanı ləğv ediblər.

Energetika Nazirliyinin məlumatına istinad edən Gerus yazıb ki, oktyabrın 29-a olan vəziyyətə Ukrayna stansiyalarında enerji istehsalı üçün yararlı cəmi 675 min ton kömür olub.

Sadə hesablamalarla müəyyən etmək olar ki, bu miqdar cəmi 2 milyard kilovatt elektrik enerjisi istehsal etmək üçün bəs edər. Bu da Ukraynaya adi istehlak şəraitində təxminən 5 gün çatar.

Fəlakətli vəzyyət bir də onunla dərinləşir ki, Ukrayna üçün kömürü heç yerdən götürmək imkanı yoxdur.

Xəbər verilir ki, noyabrın 1-dən Rusiya Ukraynaya atrasit tədarükünü dayandırır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

65 yaşlı kişini ilan sancdı

  • 02.07.2024 - 12:07
image

Bu gün Türkiyənin oyunu var

  • 02.07.2024 - 11:05
image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44