Çərşənbə axşamı, 07 May

Paşinyanın deputatları Rusiya və KTMT-yə üsyan edir 

image

Bu gün baş verənlərə KTMT-nin susqunluğu hansısa razılaşmanı xatırladır. Ona görə də qəbuledilməzdir".

Xəbər verilir ki, bu sözləri hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatı Ovik Ağazaryan parlamentin iclasında deyib. "Bizim tərəfdaşımız olan KTMT başa düşməlidir ki, alternativ imkanımız həmişə olub. Əgər tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirmirlərsə, açıq desinlər, onda biz onlardan kömək istəmərik. Amma onlar öhdəliklərini yerinə yetirməyə borcludurlar. Mən KTMT çərçivəsində gələcək fəaliyyətimizin məqsədəuyğunluğu məsələsini qaldıracağam”,-o vurğulayıb.

Hakim partiyadan olan digər deputat Vigen Xaçatryan isə bildirib ki, KTMT-nin inert mövqeyi bütün ədəb normalarını aşır, bu, qəbuledilməzdir: "Hesab edirəm ki, ilk növbədə Rusiya və KTMT öz öhdəliklərini yerinə yetirməyə borcludur. Bu o demək deyil ki, biz bütün ümidlərimizi təkcə bu struktura bağlamaq niyyətindəyik. İnsanlar bu vəziyyətdən nəticə çıxarmalıdır. Xalqımızın səbri daşır. Əgər müttəfiqlərimiz öz öhdəliklərini yerinə yetirə bilmirlərsə, o zaman biz başqa müttəfiqlər tapa bilərik. Bu seçimi bizə heç kim məhdudlaşdıra bilməz. Parlamentarilər olaraq biz həmkarlarımıza müraciət etməyə borcluyuq ki, onlar öz öhdəliklərini yerinə yetirsinlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58