Bazar ertəsi, 06 May

Belarusa xəbərdarlıq olundu: “Təcili addımlar atılmalıdır”

image

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Belarus Xarici işlər naziri Vladimir Makeylə telefonla danışaraq, Polşa-Belarus sərhədində təhlükəsizliyin təmin edilməsini istəyib.

Xəbər verilir ki, Borrell Makeyə iki gün əvvəl AB Xarici İşlər Nazirləri Toplantısında Belarusla bağlı müzakirələr apardıqlarını deyib.

“Belarusu Aİ ilə sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi üçün təcili tədbirlər görməyə, eləcə də sərhəd bölgəsindəki çarəsiz insanlarla bağlı humanitar vəziyyəti həll etməyə çağırıram”, - Borrell bildirib.

Belarusdan Polşaya və digər Aİ ölkələrinə keçmək istəyənlərin sərhəddə toplanması Brüssel və Minsk arasında gərginliyi artırıb. Polşa təhlükəsizlik qüvvələri Bruzqi-Kuznitsa sərhəd-keçid məntəqəsi ətrafından Polşa ərazisinə keçməyə çalışanlara müdaxilə edib.

Aİ Minski Belarus-Polşa sərhədində Avropaya keçmək istəyən miqrantlardan siyasi alət kimi istifadə etməkdə günahlandırır. Aİ bu səbəbdən Belarusa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58