Şənbə, 11 May

Azərbaycanda dəhşət - Kişi arvadının başını kəsdi, oğlunu yaraladı

image

Abşeron rayonunda qətl hadisəsi olub.

Xəbər verilir ki, hadisə dekabrın 18-i saat 15 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Ağaməhəmməd Əhmədovun yaşadığı evdə aralarında yaranan mübahisə zamanı arvadı, 1963-cü il təvəllüdlü Bəsti Əhmədovanın başını kəsərək öldürüb, oğlu 1985-ci il təvəllüdlü Taleh Əhmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

A.Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi həyata keçirilir.

Abşeron Rayon Prokurorluğu faktı təsdiqləyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44