Bazar ertəsi, 06 May

Bakıda lüks avtomobili cərimə meydançasına aparılan iş adamı DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO

image

“Ay ərzində bəlkə də 3-4 dəfə avtomobilimi səsboğucu sisteminə müdaxilə etmək şübhəsi ilə cərimə meydançasına aparıblar. Bu məsələ ilə bağlı DYP əməkdaşları ilə heç cür ortaq məxrəcə gələ bilmirik. Onlar da yorulub, mən də”.

Bu sözləri açıqlamasında cərimə meydançasına aparılan “Lamborghini”nin sahibi Süleyman Əliyev deyib.

O bildirib ki, bu, rastlaşdığı ilk belə hal deyil:

“Təəssüf ki, mən artıq neçənci dəfədir bu hal ilə qarşılaşıram. Tez-tez avtomobili cərimə meydançasına aparırlar. Sonra avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilir və məlum olur ki heç bir müdaxilə yoxdur. Bu avtomobillərə ümumiyyətlə istəsəniz də müdaxilə edə bilməzsiniz. Bu məsələ ilə bağlı dəfələrlə avtomobilin rəsmi xidmət mərkəzində yoxlanıldığına, standartlara uyğun olaraq servis olunduğuna və zavod tərəfindən quraşdırılan səsboğucu sisteminə hər hansı müdaxilənin olmadığına dair rəsmi rəy də almışıq. Bu maşınları fərqləndirən cəhətlərdən biri də məhz özünəməxsus səsboğucu sistemləridir.

Bilirsiniz buna görə heç bir cərimə tətbiq edilmir, amma həm DYP əməkdaşlarının vaxtı gedir, həm də mənim. Avtomobil nə üçün günlərlə cərimə meydançasında qalmalıdır? Bu məsələnin köklü bir həlli yolu olmalıdır”.

S.Əliyev deyir ki, avtomobilin istehsalçı şirkət tərəfindən hansı göstəricilərlə buraxıldığını hər kəs az-çox bilir. Əgər bu avtomobilin idarəolunması ilə bağlı paytaxt ərazisində problem yaranırsa ölkəyə buraxılmasına nə üçün icazə verilir?

“Bilirsiniz, mən problem yaratmağa deyil, tam əksinə onun həlli yollarını axtarmağa can atıram. Bu problemlə qarşılaşan tək mən deyiləm, bir neçə belə avtomobil sahibləri var ki, əsassız yerə yoruluruq. Əgər qanunvericilikdə belə bir məsələ ilə bağlı maddə yoxdursa, aidiyyəti üzrə bu və digər avtomobillərin istehsalçıları ilə daxili qaydada nizamlayıcı sənədlər hazırlansın. Bu məsələnin həlli üçün iki yol var: ya qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır, ya da bu tip avtomobillər ölkəyə buraxılmamalıdır ki, sonra da belə problemlərlə qarşılaşmayaq”.

11:56

Bakıda iş adamının Lamborjinisini cərimə meydançasına apardılar.

Xəbər verilir ki, avtomobilin videogörüntüləri sosial şəbəkədə yayılıb. 

İlkin məlumatlara görə, avtomobil paytaxtda tanınmış iş adamlarından olan “SAS İNŞAAT” MTK-nın rəhbəri Süleyman Əliyevə məxsusdur. 

Avtomobilin səsboğucu sisteminə müdaxilə şübhəsi ilə cərimə meydançasına aparıldığı deyilir.

Həmin görüntüləri təqdim edirik:
 

 

 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58