“Hesablama” üzrə 273 nəticə tapıldı
2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 14 milyon 675 min dollar dəyərində 11 min 849 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Xəbər verilir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51% və ya 12 min 370 ton azalıb. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 38 milyon 131 min dollar dəyərində 24 min 219 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. Qeyd edək ki,
“Rusiya ilə əlaqələri bərpa etməyə başlayan Gürcüstan özünü daha kəskin ssenarilərdən sığortalamağa çalışır”. Sözügedən məsələ ilə əlaqədar sualını cavablandıran politoloq İlqar Vəlizadə belə deyib. Ekspert əlaqələrin bərpası müqabilində iki ölkə arasında pərdəarxası sövdələşmə iddiasını təkzib edib: “Əlbəttə, heç kəs Abxaziya və Cənubi Osetiyanı qaytarmayacaq. Sadəcə Gürcüstan hakimiyyəti özü
Dövlət büdcəsinin icrası barədə məlumatlarda “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafından “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə fəaliyyətinin təmin edilməsi üçün 89,5 milyon manat məbləğində vəsait ayrıldığı və tam məbləğdə icra olunduğu göstərilib. Xəbər verilir ki, bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət
Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normaların tətbiq olunması təklif olunur. Belə bir təkliflə deputat Aydın Hüseynov çıxış edib. Əslində toy menyularında israfçılığın qarşısının alınması ilə bağlı uzun illərdir ki, müzakirələr gedir. Hələ bir neçə il əvvəl şadlıq evləri ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən standart hazırlanıb və bir çox tə
Növbəti beş il ərzində süni intellekt (süni zəka) dünyadakı iş yerlərinin təxminən dörddə birini əvəz edəcək. Xəbər verilir ki, bu barədə "Bloomberg" agentliyi Dünya Bankının (DB) hesabatına istinadən məlumat yayıb. DB hesab edir ki, ilkin mərhələdə süni intellektin tətbiqi əmək bazarında pozulmalara gətirib çıxaracaq. Buna baxmayaraq, ümumilikdə qarşıdakı beş ildə əksər yeni texnologiyaların əmək bazarı
BBC rus dilindəki xidməti "Mediazona" jurnalistləri və bir qrup könüllü ilə birlikdə Rusiyanın Ukraynada itirdiyi 21 700 hərbçisinin şəxsiyyətini müəyyənləşdirə bilib. Jurnalistlərin məlumatına görə, ölənlər arasında ən azı 3400 elit hərbi mütəxəssis var - bunlar QRU (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi)və Rusiya Qvardiyasının xüsusi təyinatlı əsgərləri, paraşütçülər, dəniz piyadaları və
“Cari ilin dörd ayında Naxçıvan Muxtar Respublikasında Ordubad Su Elektrik Stansiyasının tikintisi, Kənd Təsərrüfatı Nazirliyinin dövlət subsidiyalarının verilməsi və hava limanının fəaliyyəti ilə bağlı nəzarət tədbirləri yekunlaşdırılıb”. Xəbər verilir ki, bu sözləri “Real TV”yə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. “Muxtar Respublikanın hava limanında nə
Məşhur alim İsaak Nyutonun qiyamət tarixi ilə bağlı illər öncə verdiyi proqnoz ortaya çıxıb. Xəbər verilir ki, Nyutonun 1704-cü ildə müqəddəs kitablar və dini yazılar əsasında apardığı hesablamalara görə, dünyanın sonu 2060-cı ilə təsadüf edəcək. Nyutonun fikrincə, 21-ci əsrin ortalarında İsa Məsih qayıdaraq, Yer üzündə hökmranlıq edəcək. O, hesab edirdi ki, 21-ci əsrdə yəhudi xalqı İsraildə daim inkişaf edən əbə
Azərbaycanda hər il yaz aylarında kartof-soğan bahalaşır. Bu, “köhnəsi qurtarır, yenisi də hələ çıxmayıb” prinsipi ilə də izah edilir. Ancaq müşahidələr göstərir ki, son bir ildə kartof-soğanın qiymətində ciddi bahalaşma var. Düzdür, məsələyə fermerlərin, kəndlilərin baxış bucağından yanaşanda soğan-kartofun ifrat ucuz olması da arzuolunan deyil. Amma məsələ ondadır ki, hazırda baha qiymətə bu məhsulları
İşsizlik Azərbaycanın bölgələrində ən ciddi problemlərdən biridir. Müstəqil ekspertlər ölkədə istər daxili, istərsə xarici miqrasiya səviyyəsinin yüksəkliyini elə bununla əsaslandırırlar. Di gəl, açıqlanan rəsmi rəqəmlər miqrasiyanın gerçək səviyyəsini ölçməyə imkan vermirdi. Əhalinin 2019-cu ildə keçirilən siyahıyaalması bu suala bəlli ölçüdə cavab tapmağa kömək edir, axı siyahıyaalmada həm daimi, hə
Xəbər verildiyi kimi, Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Hərçənd ki, bəzi deputatlar yeni qanunun ölkədə elektrik enerjisinin bahalaşmasına gətirib çıxaracağını bildirirdilər. Bu baxımdan qanunun qəbul edilməsinin erkən olduğu qeyd edilirdi. Məlumata görə, energetika naziri Pərviz Şahbazov isə müzakirələr zamanı bildirib ki, sənəd potensial investisiya cəlb etməyi ehtiva edir. Məqsəd dövlə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz təbii qazı ilə bağlı açıqlama verib. Xəbər verilir ki, bu barədə Ərdoğan Üsküdarda cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib. Prezident bildirib ki, Türkiyə təbii qazını aprel 20-də çıxarmağı planlaşdırır. “Hazırda bütün planlar və hesablamalar buna uyğundur”, - deyə o qeyd edib.