“Ev” üzrə 12299 nəticə tapıldı
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb. Xəbər verilir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb. İki dövlətin ekspert qruplarının işi davam edir.
Ölkədə ipoteka ilə mənzil almaq, sözün əsl mənasında müşkülə çevirilib. İpoteka ödənişlərinin və faizlərin yüksək olması əksər vətəndaşlar üçün çıxılmaz vəziyyət yaradır. Kredit müddəti uzandıqda isə, ödəniləcək məbləğin dəyəri faizlərlə birlikdə alınan mənzilin ümumi dəyərindən minimum 2 dəfə daha baha olur. 100 min manat civarında olan mənzilin ipoteka ilə qiyməti
Baharın son transformasiya ayı özü ilə yeni imkanlar və dəyişikliklər gətirir. Hər şeyin qəbul edildiyi kulminasiya dövrü ola bilər... Məlumata görə, astroloqlar may ayının üç bürcün həyatında ən yaxşı ay olacağını söyləyirlər. Onları bir sıra xoş sürprizlər, yeni perspektivlər və nailiyyətlər gözləyir ki, bu da onların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Almaniyanın yeni çempionu Leverkuzenin “Bayer” klubu Avropa futbolunda məğlubiyyətsiz oyunların sayına görə Portuqaliya “Benfika”sının (1963-1965) rekordunu təkrarlayıb. Məlumat verilir ki, Almaniya çempionatının 32-ci turunda "Bayer" "Ayntraxt Frankfurt"a 5:1 hesabı ilə qalib gəlib. “Bayer” ardıcıl 48 oyundur məğlub olmur.
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıb. Xəbər verilir , Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb. Sənəd 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.
Səhiyyə naziri Teymur Musayev elektron reseptlə bağlı əhaliyə çağırış edib. Məlumata görə, nazir elektron reseptin vətəndaşın sağlamlığına dair lazım olan məlumatı özündə cəmləşdirdiyini və əlçatanlığı təmin edən platformaya çevriləcəyini bildirib. Onun sözlərinə görə, elektron resept istər əczaçı, istərsə sıravi vətəndaş, istərsə də həmin resepti yazan tibb işçisi üçün vahid platformadır: “Tədricən elektron resept bütün
Kreml rəsmisi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin keçmiş lideri Pyotr Poroşenkonun axtarışda olanlar siyahısına əlavə edilməsinə münasibət bildirib. Xəbər verilir ki, Rusiya liderinin mətbuat katibi bunun rusiyalı müstəntiqlərin işinin nəticəsi olduğunu qeyd edib. “Müvafiq idarələrimiz üzərlərinə düşəni edirlər. Müstəntiqlərimizin Kiyev rejiminin cinayətləri ilə bağlı topladığı külli miqdarda məlumat var”, - Peskov bildirib.
Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb. Xəbər verilir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev məlumat verib. Bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 7-ə təsadüf edəcək: "Bu il Məhərrəmlik ayının ilk günü iyulun 7-ə, Aşura günü isə iyulun 16-na təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İ
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş polkovnik Mikael Ambartsumyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanı dəstəklədiyini bəyan edib. O, kilsənin mövqeyini açıq-aşkar müdafiə edərək, kobud güclə hakimiyyəti uzun müddət saxlamağın mümkünsüz olduğunu bildirib. Mikael Ambartsumyan 2020-ci il avqustun 11-də Ermənistan Prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, 8
Həyat yoldaşının boşanmasını qəbul etməyən kişi Bakıda yerləşən qadın və uşaq sığınacağını partaladacağını və aparıcı Zaur Baxşəliyevi güllələyəcəyini deyib. Bu haqda “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Şəxs vaxtilə sığınacaqda qalmış həyat yoldaşının qisasını Mehriban Zeynalovaya məktub yazmaqla ifadə edib. Şəxs həmçinin, Zaur Baxşəliyevin onun ailəsini
Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağ və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb. Düşən yağıntının miqdarı Zərdabda 32 mm, Kürdəmir, Şəkidə 17 mm, İsmayıllıda 16 mm, Zaqatala, Göygöldə 15 mm,
Hacıqabul sakini olan 17 yaşlı qız qızılcadan ölüb. Xəbər verilir ki, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölüb.