Bazar ertəsi, 06 May

Axtarış

qan” üzrə 6066 nəticə tapıldı

12.03.2021 - 13:43

Salyanda 3 şəhid ailəsinin və qazin yaşadığı məhəllə bərbad gündədir:“İcra hakimiyyətindən dedilər ki, bundan da pis yollar var” 

“Mən Salyan rayonu, 20 yanvar küçəsində, bina 16, mənzil 10-da yaşayıram. Binamızın  qarşısından keçən yol çox bərbad gündədir, məhəllədə dözülməz vəziyyət yaranıb. Baxımsız və su ilə dolu bu yol piyadalara və sürücülərə çətinlik yaradır. Yağış, qar olanda yolda vəziyyət daha da acınacaqlı olur.   Biz də digər insanlar kimi çıxıb harasa getmək istəyirik, işimiz-gücümü


12.03.2021 - 09:24

Nurlana Əliyeva niyə “vuruldu”? – Rektorluqdan da yola salınır

Hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı başa çatsa da, qocaman və gənc YAP-çıların gələcək karyerası ilə bağlı müzakirələr səngimək bilmir. Partiyanın rəhbər strukturlarında təmsil olunmaq hüququndan məhrum olan YAP-çıların tezliklə “vitrini” tərk edəcəyi heç kimdə şübhə doğurmur. Obrazlı desək, YAP vaxtilə çiyinlərində hakimiyyətin zirvəsinə daşıdığı şəxsləri indi üzüaşağı yuvarlamaqla


11.03.2021 - 19:55

“Ramiz Mehdiyevin “sədaqət”i İlham Əliyevin əleyhinə işləyirdi” 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu müsahibəsi: - Sərdar bəy, YAP-ın VII qurultayının nəticələrini necə qiymətləndirirsiniz? - Ümumilikdə, müsbət bir tendensiya kimi qiymətləndirirəm. Mühafizəkarların -Azərbaycanı bu günə salanların böyük əksəriyyəti oradan uzaqlaşdırılıb. Düzdü, yeni qüvvələrin kimliyi də bizim üçün o qədər aydın deyil. Yəni  


11.03.2021 - 18:30

Bakı niyə bu addımı atdı? Çünki İlham Əliyev... - Kalaşnikov

Nikol Paşinyanın rus dilində danışmaq səriştəsizliyi və ümumiyyətlə cahilliyi üzündən o, Rusiyanın “İsgəndər” raket kompleksinin keyfiyyəti ilə bağlı fikirlər səsləndirib. Aftafa.tv xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov "Sputnik" radiosunda çıxışı zamanı danışıb. “Mən onun hələ İrəvanın küçələri ilə qaçdığı və ümumiyyətlə rus


11.03.2021 - 16:37

Nəsimi icra başçısı səkini restorana satıb - VİDEO

Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində “kosmik” bir icad ixtira olunub. Aftafa.tv xəbər verir ki, sözügedən küçədə, Milli Konservatoriyanın arxasında piyada yolunu sataraq restoran açıblar. Vətəndaşların hər gün istifadə etdiyi səki indi bağlanıb, tupik yaradılıb. Eybi yox, piyadalar avtomobil yolu ilə hərəkət edərlər, əsas budur ki, səkini satıb yerində obyekt işlətsinlər. Hazırda səkinin üstü


11.03.2021 - 15:51

Dələduzluğa görə beynəlxalq axtarışa verilən Rövşən Zalov Türkiyədə tutuldu 

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının və əlavə protokollarının tələblərinə əsasən Türkiyə Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmə


11.03.2021 - 14:07

Səfər Əbiyevin gizlətdiyi milyonlar - FAKTLAR

Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi geniş və hərtərəfli təhlilə layiq olan nəticələr ortaya çıxardı. Burda söhbət iki ölkənin hərbi arsenalının müqayisəli təhlilindən getmir. Ermənistan ordusunun məşğubedilməzliyilə bağlı yaranmış qənaətin blef olduğu döyüşlərin ilk günlərində üzə çıxdı. Odur ki, bu dəfə müharibədən


11.03.2021 - 12:27

Bakı-Astara yolundakı məşhur restoranlar sökülür - ŞOK SƏBƏB

Bakı-Ələt–Astara yolunun üzərindəki restoranlar və yanacaqdoldurma məntəqəsi sökülür. Aftafa.tv xəbər verir ki, bununla bağlı iki ay öncə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma başlayıb. Məlum olub ki, obyektlərin yerləşdiyi kafe və yanacaqdoldurma məntəqəsinin torpaq sahəsinin sənədləri qanunsuz olub. Təxminən bir ay öncə Korrupsiya İdarəsi tərəfində


11.03.2021 - 09:42

"Əhməd Əhmədova görə istintaqa cəlb edilmiş rəis özünü öldürüb" - FAKTLAR

17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov və muxtar respublikanın sabiq təhsil naziri Məmməd Qəribov həbsə olunublar. 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışmış  Məmməd Qəribov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir. Onu Əhməd Əhmədovun həbsindən 2 gün sonra həbsə alıblar. Məmməd Qəribov


11.03.2021 - 09:28

Bölgədə yeni müharibə havası: İrəvan öhdəliklərindən qaçır, Moskva isə...

Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli sənədin imzalanmasından iki ay ötür. 11 yanvar yazılı razılaşması keçən ilin 10 noyabrında qəbul edilmiş Ermənistanın kapitulyasiya sənədinin davamı sayılır. Anlaşmada müharibədən sonra regionda bütün nəqliyyat dəhlizləri və kommunikasiyaların açılmasını nəzərdə tutan konkret mexanizmlər əks olunmuşdu. O sırada qərara alınmışdı


10.03.2021 - 22:04

DYP: Lüzumsuz siqnal verən sürücülər cərimələnəcək

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarədən martın 10-da  verilən məlumata görə, son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur: “Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Qeyd olunan hal ilk öncə paytaxt sakinlərinin narahatçı


10.03.2021 - 20:23

Azərbaycan Ordusu 10 min nəfərlik şəxsi heyətlə təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə martın 10-da Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək


Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58