Cümə, 10 May

ABŞ Ukraynaya 1 milyardlıq yeni yardım paketini açıqlayıb

image

ABŞ prezidenti Co Bayden Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım, həmçinin 225 milyon dollarlıq humanitar yardım paketini açıqlayıb.

Xəbər verilir ki, bu barədə ABŞ prezidenti Volodimir Zelenski ilə söhbətində deyib.

"Birləşmiş Ştatlar Ukraynaya əlavə artilleriya və sahil müdafiə sistemləri, həmçinin ukraynalıların Donbasda müdafiə əməliyyatlarını dəstəkləmək üçün ehtiyac duyduğu artilleriya sursatları və qabaqcıl raket sistemləri də daxil olmaqla, təhlükəsizlik üçün əlavə 1 milyard dollar yardım edir.

Birləşmiş Ştatlar Rusiyanın əsassız təcavüzü fonunda demokratiyanı, öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün Ukrayna ilə birlikdə olacaq. Bundan əlavə, Birləşmiş Ştatlar müharibə nəticəsində həyatı parçalanmış Ukrayna xalqını dəstəkləməkdə sadiqdir", deyə Bayden əlavə edib.

ABŞ prezidenti vurğulayıb ki, Ukrayna xalqının cəsarəti, möhkəmliyi və qətiyyəti dünyanı ruhlandırmaqda davam edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25