Bazar ertəsi, 01 İyul

Siyavuş Novruzov: “Hərbi texnikaların sıradan çıxması ölkəmizə ziyan vura bilər”

image

Milli Məclisdə Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. Komitə sədri Ziyafət Əsgərov əlavə və dəyişikliklər barədə məlumat verdi.

Komitə sədri Siyavuş Novruzov çıxışıda bildirdi ki, Azərbaycan ordusu nəinki Cənubi Qafqazda, eləcə də dünyadakı qabaqcıl ordular sırasındadır: “Belə ki, mütəmadi şəkildə ordumuz üçün yeni hərbi texnikalar alınır. Ordumuzda daim keyfiyyətli təlimlər keçirilir ki, bu da NATO standartlarına uyğundur. Həta texnikalarımız da həmin standartlara uyğundur”.

S.Novruzov onu da dedi ki, bəzən hərbi sahədə texnikalardan düzgün istifadə edilməməsi nəticəsində onların sıradan çıxması ölkəmizə ziyan vura bilər: “Bilirik ki, orduda qulluq ikili sistem əsasında həyata keçirilir. Çağırışla hərbi xidmətdə qulluq keçənləri texnikalardan istifadə ilə bağlı təlimlərə cəlb etmək tezdir. Yalnız o halda bu icra edilə bilər ki, onlar öz fəaliyyətini gələcəkdə bu sahədə davam etdirmək istəyərlər. Bu zaman texnikalardan düzgün istifadə həmin avadanlıqların zərər çəkməməsinə gətirib çıxara bilər”. Bu mənada komitə sədri qanunun hərbi çağırışçılara deyil, müddətdən artıq xidmət keçənlərə tətbiqini düzgün saydı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33