Cümə axşamı, 09 May

11 yaşında Obama və Baydendən müsahibə alan jurnalist öldü

image

2009-cu ildə 11 yaşında olarkən ABŞ-ın eks-prezidenti Barak Obamadan müsahibə almış amerikalı gənc vəfat edib.
Xəbər verilir ki, bu barədə "Palm Beach Post" qəzeti məlumat yayıb.

Məlumata görə, illər öncə Obamadan müsahibə almış Daymon Uiver bu yaxınlarda 23 yaşında dünyasını dəyişib.

"Uiver ibtidai sinif şagirdi kimi 2009-cu ilin avqustunda Obama ilə görüşmüş və ondan müsahibə almışdı. Görüş təxminən 10 dəqiqə davam etmişdi və şagird prezidentə əsasən məktəb və təhsillə bağlı 12 sual vermişdi".

Qəzet onu da yazıb ki, bu, Uiverin məşhur şəxslərlə yeganə müsahibəsi olmayıb. Gənc jurnalist o zamankı vitse-prezident Co Bayden, məşhur televiziya aparıcısı Oproy Unfri, basketbolçu Dueyn Ueydlə də görüşüb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32