Bazar ertəsi, 01 İyul

Avro-2020: Bakıya Uelsdən 1000 nəfər azarkeşin gəlməsi gözlənilir

image

Avro-2020-nin qrup mərhələsindəki ilk iki oyununu Bakıda keçirəcək Uels yığması paytaxtımızda dəstəksiz qalmayacaq.

Xəbər verilir ki, 1000 azarkeşin yığmaya dəstək olmaq üçün Bakıya gəlməsi gözlənilir. Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.

Uels Futbol Federasiyası isə azarkeşlərdən  Azərbaycan və İtaliyada keçiriləcək Avro-2020 oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb. İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub.

Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35