Çərşənbə, 08 May

Əl və ayaqların uyuşması nəyin əlamətidir?

image

“Əllərdə və ayaqlarda uyuşma şəkər xəstəliyinin əlaməti ola bilər”.

Xəbər verilir ki, bu sözləri diabetin əlamətlərinə diqqət çəkən Mütəxəssis Dr. Esra Tutal bildirib.

O bildirib ki, bir çox digər əlamətlərlə yanaşı əllərin və ayaqların tez-tez uyuşması da mühüm göstəricidir:

"Susuzluq, çox su içmək və tez-tez sidiyə çıxmaq, arıqlamaq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma, daha ciddi hallarda isə koma diabetin əsas əlamətləridir”.

Mütəxəssis həmçinin qeyd edib ki, diabet ömür boyu davam edən xroniki xəstəlikdir və məsuliyyətsiz yanaşmaq olmaz:

“Bu kimi əlamətlər hiss etdikdə, fiziki aktiv olmağa diqqət edin, həftədə ən az 5 gün ən az 30 dəqiqə nizamlı şəkildə gəzməyə çalışın. Az yağlı, aşağı kalorili, liflə zəngin qidaları seçin. Tez-tez meyvə, tərəvəz və tam taxıllı qidalardan istifadə edin. Bu həm Diabet xəstəliyinin inkişafını ləngitməyə həm də sadalanan göstəricilərin azalmasında mühüm rol oynayır”.
 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56