Bazar ertəsi, 01 İyul

Türkiyə - Uels oyununa nə qədər bilet satılıb?

image

AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununda anşlaq gözlənilir.

Verilən məlumata görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi Bakı Olimpiya Stadionundakı qarşılaşma satışa çıxarılan 31 min biletdən 25 mininin artıq satıldığını söyləyib. O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələcəyini bildirib. Uelsin isə matçda 300 tərəfdarı olacaq.

Oyun saatına qədər qalan biletlərin də satılması gözlənilir. Bu isə o deməkdir ki, koronavirus pandemiyasından bəri Bakıda ilk dəfə belə böyük azarkeş kütləsi oyun izləyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33