Çərşənbə, 08 May

Telman İsmayılovun atasının adını daşıyan stadion satışa çıxarıldı - FOTOLAR

image

Türkiyədə Azərbaycan əsilli milyarder Telman İsmayılovun atasının adını daşıyan və tikintisi 1,4 milyard dollara başa gələn, dünyanın ən dəbdəbəli otellərindən yeddiulduzlu “Mardan Palace"in daxilindəki "Mardan Stadium" satışa çıxarılıb.

Məlumata görə, T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsi səbəbindən "Mardan Stadium" İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.

Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq.  Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq. 

Qeyd edək ki, 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş "Mardan Stadium"da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur. 

Xatırladaq ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün "Mardan Palace"in satışı dayandırılmışdı. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56