Bazar ertəsi, 01 İyul

Kiyev polisi iki Azərbaycan vətəndaşını saxlayıb - FOTO

image

Ukraynanın paytaxt Kiyevdə iki Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Xəbər verilir ki, Kiyev Şəhər Prokurorluğu Azərbaycan vətəndaşlarının soyğunçuluq və narkotik tərkibli maddələrin tətbiqi, istifadəsində şübhəli bilinmələrinə görə saxlanıldığını açıqlayıb.

“İyirmi iki və iyirmi dörd yaşlı Azərbaycan vətəndaşları cinayət başında saxlanılıb. Belə ki, onlar gecələr klublarında insanlarla ünsiyyət qurub, etibardan sui-istifadə etməklə narkotik tərkibli həblər verərək, həmin şəxsləri yarımhuş halına gətirdikdən sonra onları soymaqla məşğul olublar. Araşdırma nəticəsində məlum olub ki, hər iki şəxs indiyə qədər insanlara 267 min qriven, 30 min ABŞ dolları və 1 605 avro zərər vuraraq soyublar”, - deyə məlumatda bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Raksana Space TV-dən getdi

  • 01.07.2024 - 13:44
image

Putin Astanaya gedir

  • 30.06.2024 - 19:37
image

Mask Baydeni ələ saldı

  • 30.06.2024 - 15:36
image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33