Çərşənbə, 08 May

Makron: “Fransa terrorla mübarizə üçün İraqda hərbi mövcudluğunu saxlayacaq”

image

“Yaxın Şərqdə terrorla mübarizə bitməyib və Fransa bu ölkədə, bütövlükdə bölgədə hərbi varlığını qoruyacaq”.

Xəbər verilir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransından sonra jurnalistlərə açıqlamasında bildirib.

Prezidentin sözlərinə görə, Fransa İraqdakı mövcudluğunu terrorizmlə mübarizə aparmaq lazım olduğu müddətə, habelə bu ölkənin səlahiyyətliləri istədiyi müddətədək qoruyacaq: “Bu, ABŞ-ın bölgədəki qüvvələrini qorumaq və ya geri çəkmək qərarlarına bağlı deyil. Fransa uzun illərdir ki, İraqla birlikdə terrorla mübarizəyə sadiqdir”.

Makron əlavə edib ki, bölgədə İŞİD terror təşkilatı məğlub edilsə də, radikal İslamçı təhlükəsi ortadan qalxmayıb, terrorla mübarizə bitməyib: “İraq ordusuna sərmayə qoymağa və əsgərlərinə təlim verməyə davam edəcəyik. Hazırda bölgədə 800 fransız hərbçisi var”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56