“Yunanıstan” üzrə 147 nəticə tapıldı
Yunanıstanın ən böyük aviaşirkəti - “Aegean Airlines” gələn aydan Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Xəbər verilir ki, reyslər sentyabrın 29-dan həyata keçiriləcək. Uçuşlar bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Birtərəfli biletlərin qiyməti 118 avrodan başlayır.
İtaliya ərazisində müşahidə olunan anomal istilərlə əlaqədar 16 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edilib. Xəbər verilir ki, İspaniyanın cənubunda, İtaliyanın cənub-şərqində və ola bilsin ki, Yunanıstanda temperaturun 47 dərəcəyə yüksələcəyi gözlənilir. İtaliya hökuməti “qırmızı” xəbərdarlıq siqnalının verildiyi ərazilərdəki hər kəsə səhər 11:00-dan axşam 18:00-a qədər birbaşa gü
"Yasak Elma" serialının sevilən aktrisası Eda Ece ailə həyatı qurub. Xəbər verilir ki, aktrisa 4 ildir sevgili olduğu türk milli basketbolçusu Buğrahan Tuncerlə evlənib. Cütlüyün özəl günü İstanbulun dəbdəbəli məkanlarından birində baş tutub. Toya bir çox məşhur cütlük axın edib. Onlar arasında Barış Arduçla Gupse Özay, Berk Oktayla Yıldız Çağrı Atiksoy da olublar. Qeyd edək ki, Eda bir neçə gü
Yunanıstandan Türkiyəyə qeyri-qanunsuz olaraq göndərilməyə çalışan 29 nəfər saxlanılıb. Məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, saxlanılan şəxslərdən 2-si polis, 2-si müəllimlikdən xaric edilən, 1-i fərdi sahibkar, digəri isə satıcı olmaqla FETÖ terror təşkilatının üzvləridir.
Dünya mediası prezident və parlament seçkilərinə hazırlaşan Türkiyədəki gəlişmələri izləyir. Xəbər verilir ki, 2023-cü ilin ən mühüm hadisələrindən biri kimi göstərilən seçkilər üçün geri sayım davam edərkən, Hindistanın ANI xəbər agentliyi Türkiyədəki seçki prosesinə geniş yer ayırıb. “Dünya nəfəsini tutub Türkiyə seçkilərini izləyir”, - hind agentliyi
İtaliyanın təhlükəsizlik qüvvələri Venesiyada Yunanıstanın “Laskaridis Shipping” şirkətinə məxsus gəmidə təxminən 850 kiloqram kokain aşkar ediblər. Xəbər verilir ki, Liberiya bayrağı ilə üzən “Atlas” adlı gəminin martın 23-də Braziliyadan yola düşdüyü və aprelin 17-də Venesiya limanına yan aldığı bildirilib. İtaliya polisi gəmidə araşdırmalara aprelin 18-də başlayıb. Ümumilikdə 570 bağlamaya yığılan narkotik vasitə gəminin gövdəsində, ekipaj üçün əlçatmaz
Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 6-cı sırada qərarlaşıb. Xəbər verilir ki, hazırda “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,58 avro (1,08 manat) təşkil edir. Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Norveç hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,08 avroya (3,9 manat) satılı
Türkiyədəki seçki prosesini yaxından izləyən Yunanıstan mətbuatı son anket nəticələrini dərc edib. “Protothema” nəşrinin yayımladığı nəticələrdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın səkkiz faiz fərq ilə əsas rəqibindən öndə olduğu vurğulanıb. Xəbərdə son anket sorğularının nəticələrinə görə "Millət ittifaqı"nın namizədi Kılıçdaroğlunun 34 faiz
2023-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 1 milyard 6 milyon 939,047 min avro dəyərində təbii qaz idxal ediblər. Xəbər verilir ki, bu barədə “İnterfaks” agentliyi Avrostata istinadən bildirir. 2022-ci ilin yanvar ayında Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyər həcmi 887 milyon 434,481 min avro, həmin ilin dekabr ayında isə - 1 milyard 189 milyon 787,640 min avro təşkil edib. Beləliklə, illik hesablamada İtaliya, Yunanı
“Biz Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq, bunu qarşı tərəfə çatdırmışıq”. Xəbər verilir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib. O bildirib ki, Yunanıstanla konstruktiv müzakirələr davam edir: “Yunanıstanda qatar qəzası oldu. Baş sağlığı verdik. Biz xoş qonşuluq münasibətlərinə uyğun olaraq problemlərin sülh yolu həllinin tərəfdarıyıq”.
Bu gün Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib. Xəbər verilir ki, yığmamız Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında oynanılan qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra millimiz elit-raunda vəsiqəni təmin edib. Qeyd edək ki, 6-cı qrupda mübarizə aparan Azərbaycan millisi 9 xalla liderdir. 7 oyun keçirmiş Polşa 6 xala
Yunanıstanda 3 gün matəm elan olunub. Xəbər verilir ki, buna səbəb baş verən qatar qəzasıdır. Qeyd edək ki, Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər həlak olub, daha 85 nəfər isə yaralanıb. Qəza zamanı yaralananların sayı isə 85 nəfərdir.