“Yunanıstan” üzrə 147 nəticə tapıldı
Azərbaycanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır. Xəbər verilir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novakın nümayəndəsinə istinadən xəbər verir. Ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması təklifini təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel
Yunanıstanın paytaxtı Afinada gəmiçilik şirkətində çalışan işçi dəhşətli qətl törədib. Xəbər veriir ki, bu yaxınlarda işdən çıxarılan şəxs ofisə gedərək həmkarlarına atəş açıb. Hücum nəticəsində biri qadın olmaqla 3 nəfər ölüb. Daha sonra kişi intihar edib. Məlumata görə, cinayəti törədən 70 yaşlı misirli sözügedən şirkətdə uzun müddətdir ki, ç
“Türkiyəyə müasir hava hücumundan müdafiə sistemlərini əldə etmək çox lazımdır”. Bu fikirləri ABŞ-ın Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satılması üçün Vaşinqtonun Ankaradan S-400 komplekslərindən imtina etmək tələbinə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmo açıqlamasında deyib. Rövşən Məhərrəmovun sözlərinə görə, ABŞ müasir silahları
Donetsk “Şaxtyor”unun futbolçusu Aleksey Kaşukla maraqlanan klubların sayı artmaqdadır. Xəbər verilir ki, daha 3 klub bu futbolçu üçün mübarizəyə qoşulub. Ukraynalı həmkarlarımızın yazdığına görə, onlardan 2-si Azərbaycan təmsilçisidir. “Neftçi”dən sonra “Qarabağ” və Kaşukun sabiq komandası “Sabah” onun transferi üçün çalışır. Xatırladaq ki, “Neftçi”nin yarımmüdafiəçini istədiyi bir müddət əvvəl yazılırdı. Bundan başqa İsveçrə
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gecə vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Sənətçi 48 yaşında Ankarada dünyasını dəyişib. Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Qeyd olunur ki, müğənni Ankaraya müalicə üçün getmişdi. Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İ
Türkiyənin məşhur aktyoru Haluk Bilginer amerikalı aktrisa Ancelina Coli ilə birlikdə baş rolda filmə çəkiləcək. Bu barədə Türkiyə mediasına isinadən xəbər verir. Onlar "Mariya" filmində baş rollarda oynayacaq. "Mariya" yunan əsilli amerikalı sənətçi Mariya Kallasın həyatından bəhs edəcək. Filmin rejissoru Ledi Diana bioqrafiyası "Spenser" ilə məşhurlaşan Pablo Larrain olacaq. Filmdə Haluk Bilginer yunanıstanlı iş adamı Aristotel Onaszisi, Coli isə Kallasın özünü canlandıracaq. Oktyabr ayı
Dünyanın ən sağlam insanlarının yaşadığı yerlərin adı açıqlanıb. Xəbər verilir ki, "National Geographic"də tədqiqatçı Dan Buettner on ildən artıq zamanını dünyanın hər yerində uzunömürlülük zonalarının tapılmasına sərf edib. O, nəinki yüz il yaşayan insanların, hətta qocalığı xəstəliksiz qarşılayanların da yaşadığı yerləri tapa bilib. İkariya (Yunanıstan) Şəhər Egey dənizində
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac, 181 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26333,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə bu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub. Dövlət Mülki Aviasiya Agentliyinin bu istiqamətdə gördüyü işlər nəticəsində müvafiq xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 16-ya çatdırı
COVID-19-a səbəb olan SARS-CoV-2 virusu ciddi xarakter daşımır, onun davranışı isə əvvəlcədən müəyyən edilə bilməz. Xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib. O qeyd edib ki, bir sıra ölkələrdə, o cümlədən Avropada virusa yoluxanların xəstəxanaya yerləşdirilməsi halları artır. ÜST-nin eksperti bildirib: “Virus sakitləşməyib, onun Şimal və Cənub yarımkü
Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır. Xəbər verilir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib. Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb: “Biz
Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib. Xəbər verilir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında paylaşım edib. Artıq Yunanıstana çatdığını bildirən videomüraciətində Zelenski bildirib ki, o, bu səfəri çərçivəsində Yunanıstan Prezidenti, Baş naziri ilə görüşlər keçirəcək. Ukrayna dövlət başçısı qeyd edib ki, o, həmçinin Ukrayna-Balkan sammitində iştirak edəcək, Balkan liderləri ilə görüşəcək,